...

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində təbii fəlakət baş verib

Siyasət Materials 31 Oktyabr 2009 13:49 (UTC +04:00)
Kaxetiya (Gürcüstan) rayonunda azərbaycanlılar yaşayan Kabala kəndi daha bir təbii fəlakət obyektinə çevrilib
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində təbii fəlakət baş verib

Gürcüstan, Tbilisi, 31 oktyabr / Trend , müxbir N.Kirtsxalia/

Kaxetiya (Gürcüstan) rayonunda azərbaycanlılar yaşayan Kabala kəndi daha bir təbii fəlakət obyektinə çevrilib. Kənd administrasiyasının rəhbəri Cəmal Niyazovun bildirdiyinə görə, su artıq kənd evlərinin birinci mərtəbəsini basıb.

"Əgər hazırda olduğu kimi suyun artımı çoxalarsa, onda vəziyyət daha da pisləşəcək və əhaliyə ciddi maddi zərər dəyəcək", - o bildirib.

Qeyd etmək lazımdır ki, Kabala çayı sahilinin bərkidilməsi ilə əlaqədar işlər gedir, lakin işlər hələ sona çatmadıöından güclü yağışlar zamanı çay Kabala kəndini basır.

Kabala sakinləri hökumətdən kömək istəyiblər.

Xəbər lenti

Xəbər lenti