...

Astana dekabrda Xəzərin bioresurslarının qorunmasına dair müzakirələr aparılmasını təklif edir

Siyasət Materials 4 Noyabr 2009 18:08 (UTC +04:00)
Qazaxıstan beş Xəzəryanı ölkə arasında 2009-cu ilin dekabrında Astanada Xəzər hövzəsinin unikal bioresurslarının səmərəli istifadəsi, qorunması və təkrar istehsalı məsələsinə dair görüşün keçirilməsini təklif edib.
Astana dekabrda Xəzərin bioresurslarının qorunmasına dair müzakirələr aparılmasını təklif edir

Türkmənistan, Aşqabad, 04 noyabr / Trend , müxbir H.Həsənov/

Qazaxıstan beş Xəzəryanı ölkə arasında 2009-cu ilin dekabrında Astanada Xəzər hövzəsinin unikal bioresurslarının səmərəli istifadəsi, qorunması və təkrar istehsalı məsələsinə dair görüşün keçirilməsini təklif edib.

"Bu barədə Türkmənistanın paytaxtında Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair keçirilən iclas çərçivəsində məlumat verilib", - Trend -a Aşqabaddakı danışıqlara yaxın olan mənbədən bildirilib.

Aşqabad görüşü Xəzəryanı dövlətlərin xarici işlər naziri müavinləri səviyyəsində keçirilir. Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Xəbər lenti

Xəbər lenti