...

Azərbaycan Prezidenti Minskin "Qələbə" meydanındakı abidəni ziyarət edib

Siyasət Materials 12 Noyabr 2009 18:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Minsk şəhərinin “Qələbə” meydanında azadlıq rəmzi kimi ucaldılmış abidəni ziyarət edib.
Azərbaycan Prezidenti Minskin "Qələbə" meydanındakı abidəni ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Minsk şəhərinin "Qələbə" meydanında azadlıq rəmzi kimi ucaldılmış abidəni ziyarət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.

Xəbər lenti

Xəbər lenti