...

Türkiyənin Baş naziri ABŞ-ın "GermanMarshall Foundation’’ təşkilatı tərəfindən təşkil olunan toplantıda iştirak edib

Siyasət Materials 9 Dekabr 2009 12:29 (UTC +04:00)
Türkiyənin Baş naziri ABŞ-ın “GermanMarshall Foundation’’ təşkilatı tərəfindən təşkil olunan toplantıda iştirak edib.
Türkiyənin Baş naziri ABŞ-ın "GermanMarshall Foundation’’ təşkilatı tərəfindən təşkil olunan toplantıda iştirak edib

ABŞ, Vaşınqton, 09 dekabr / Trend , müxbir K.Paşayeva/

Türkiyənin Baş naziri ABŞ-ın "GermanMarshall Foundation'' təşkilatı tərəfindən təşkil olunan toplantıda iştirak edib. Toplantıda ABŞ-da fəaliyyət göstərən digər ölkələrin diplomatik nümayəndələri, dövlət rəsmiləri və bir çox xarici təşkilatların nümayənədləri də iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd son illər Türkiyədəki iqtisadi, siyasi, sosial vəziyyəti, ölkədə aparılan islahatları və demokratikləşmə prosesini müzakirə etmək olub.

Tədbirdə çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əsasən ölkənin indiki hakimiyyətinin apardığı islahatlardan danışıb.

Dünyada baş verən iqtisadi böhranın fəsadlarından danışan Ərdoğan qeyd edib ki, Türkiyə bu böhrandan ən az zərər çəkən ölkələrdən biridir.

Xəbər lenti

Xəbər lenti