...

Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək

Siyasət Materials 9 Dekabr 2009 14:41 (UTC +04:00)
Səfirliyin mətbuat xidmətindən çərşənbə günü Trend News-a bildiriblər ki, dekabrın 11-də Heydər Əliyevin adına olan, Ankaranın Yenimahallə bölgəsində yerləşən park ziyarət ediləcək, əklil qoyulacaq. Yerli vaxtla saat 10.00-da başlayacaq tədbirdə Türkiyə Böyük Millət Məclisindən (TBMM) millət vəkilləri, soydaşlarımız, diaspor nümayəndələri, tələbə və müdavimlərimiz, Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbin müəllim və şagird kollektivi, səfirliyin əməkdaşları iştirak edəcək.
Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək

Azərbaycan, Bakı, 09 avqust / Trend , müxbir M.Əliyev/

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi bir sıra tədbirlər keçirəcək.

Səfirliyin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, dekabrın 11-də Heydər Əliyevin adına olan, Ankaranın Yenimahallə bölgəsində yerləşən park ziyarət ediləcək, əklil qoyulacaq. Yerli vaxtla saat 10.00-da başlayacaq tədbirdə Türkiyə Böyük Millət Məclisindən (TBMM) millət vəkilləri, soydaşlarımız, diaspor nümayəndələri, tələbə və müdavimlərimiz, Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbin müəllim və şagird kollektivi, səfirliyin əməkdaşları iştirak edəcək.

Həmin gün Ankaranın ən böyük məscidi "Kocatepe" məscidində Ulu Öndərin xatirəsi yad ediləcək, Quran oxunacaq, ehsan veriləcək. Həmçinin Türkiyədə fəaliyyət göstərən bütün məscidlərdə Ulu Öndərin ruhuna Quran oxunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti