...

Azərbaycan Əfqanıstanda xidmət edən hərbçilərin sayını artıra bilər - I vitse-spiker

Siyasət Materials 24 Dekabr 2009 12:48 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda xidmət edən hərbçilərin sayını artıra bilər, Trend News-un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Parlamentinin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Azərbaycan Əfqanıstanda xidmət edən hərbçilərin sayını artıra bilər - I vitse-spiker

Azərbaycan, Bakı, 24 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Əfqanıstanda xidmət edən hərbçilərin sayını artıra bilər, Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Parlamentinin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.

NATO xarici işlər nazirlərinin son toplantısında Əfqanıstanda hərbçilərin sayının artırılması təklifi ilə çıxış etmişdi.

Əsgərov deyib ki, Əfqanıstanda Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı hələki müraciət daxil olmayıb.

"Müraciət olunarsa, Azərbaycan hərbçilərinin Əfqanıstanda sayının artırılması məsələsinə baxıla bilər", - I vitse-spiker əlavə edib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 90 sülhməramlısı xidmət edir.

Xəbər lenti

Xəbər lenti