...

Azərbaycan Parlamentinin növbəti iclasında bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək

Siyasət Materials 11 Fevral 2010 12:37 (UTC +04:00)
Milli Məclisin fevralın 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Azərbaycan Parlamentinin növbəti iclasında bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin növbəti iclasında bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək.

Milli Məclisin fevralın 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

"Yaz sessiyasının ikinci iclasında "Məlumat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə layihələrin müzakirəsi nəzərdə tutulur", - Trend -a cümə axşamı Milli Məclisin mətbuat xidmətindən bildirilib.

İclasda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Bələdiyyələrin statusu haqqında", "Hesablama Palatası haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Dövlət satınalmaları haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarına və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklərin də qəbul ediləcəyi istisna olunmur.

Bundan başqa, "Fərdi məlumatlar haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun layihələri də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti