...

Gürcüstan XİN-də Aİ-nin Cənubi Qafqaz regionu ilə çoxtərəfli əməkdaşlıq məsələsi müzakirə edilib

Siyasət Materials 12 Fevral 2010 19:30 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya bu gün Avropa Komissiyasının Beynəlxalq əlaqələr üzrə Baş Direktorluğunun Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz ölkələri üzrə İdarə rəhbəri Con Kayerslə və Avropa İttifaqının Gürcüstandakı fövqəladə və səlahiyyəti səfiri Robin Liderslə görüşüb.
Gürcüstan XİN-də Aİ-nin Cənubi Qafqaz regionu ilə çoxtərəfli əməkdaşlıq məsələsi müzakirə edilib

Gürcüstan, Tbilisi, 12 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya bu gün Avropa Komissiyasının Beynəlxalq əlaqələr üzrə Baş Direktorluğunun Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz ölkələri üzrə İdarə rəhbəri Con Kayerslə və Avropa İttifaqının Gürcüstandakı fövqəladə və səlahiyyəti səfiri Robin Liderslə görüşüb.

Gürcüstan XİN-in informasiya və mətbuat departamentindən Trend -a deyilib ki, görüş zamanı Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlığının viza rejiminin sadələşdirilməsi və azad ticarət haqqında saziş üzrə danışıqlara başlanması kimi prioritet istiqamətləri müzakirə edilib.

Aİ-nin Cənubi Qafqaz regionu ilə çoxtərəfli əməkdaşlığı barədə də söhbət aparılıb.

Xəbər lenti

Xəbər lenti