...

Azərbyacan-Latviya əlaqələrinə həsr olunan xüsusi buraxılış dərc edilib

Siyasət Materials 26 Fevral 2010 14:44 (UTC +04:00)
"Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünün ərəfəsində Latviyanın ən tanınmış "Teleqraf" qəzetində Azərbaycana, onun müasir inkişafına, Azərbaycan-Latviya əlaqələrinə həsr edilən xüsusi buraxılış dərc edilib", - cümə günü Trend News-a Azərbaycanın Latviya və Estoniya respublikalarındakı səfirliyindən bildirilib.
Azərbyacan-Latviya əlaqələrinə həsr olunan xüsusi buraxılış dərc edilib

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbyacan-Latviya əlaqələrinə həsr olunan xüsusi buraxılış dərc edilib.

"Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünün ərəfəsində Latviyanın ən tanınmış "Teleqraf" qəzetində Azərbaycana, onun müasir inkişafına, Azərbaycan-Latviya əlaqələrinə həsr edilən xüsusi buraxılış dərc edilib", - cümə günü Trend -a Azərbaycanın Latviya və Estoniya respublikalarındakı səfirliyindən bildirilib.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən çox diinc sakin ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Azərbaycanın Latviya və Estoniya respublikalarındakı səfiri Tofiq Zülfüqarovun buraxılışdakı müsahibəsində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımını tam aşkarlığı ilə əks etdirən məlumata geniş yer ayrılıb.

Məlumatda qeyd edilir ki, 2009-cu ildən başlanan "Xocalıya Ədalət" kampaniyasının Latviyada təbliğinin davam etdirilməsi məqsədilə www.justiceforkhojaly.org saytı üçün səfirlik tərəfindən Latviyanın milli domeni alınıb və onun müvafiq qeydiyyatdan keçirilməsi təşkil edilib. Artıq internetdə www.justiceforkhojaly.lv saytı mövcuddur.

Fevralın 26-da isə Latviya Azərbaycanlılarının "Ocaq" Mədəniyyət mərkəzində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçiriib: "Tədbirdə səfir Zülfüqarov və mərkəzin rəhbəri Əliyev çıxış ediblər. Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdiyi soyqırım barəsində toplantı iştirakçılarına elektron təqdimat şəklində məlumat verilib, video film nümayiş etdirilib, mövzu ilə əlaqədar hazırlanan rep üslublu mahnı klipinin təqdimatı keçirilib", - məlumatda vurğulanır.

Tədbirdə Latviya Seyminin nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri və həmin ölkənin ictimai xadimləri, Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, diasporun fəal üzvləri iştirak ediblər: "Tədbir iştirakçılarına 2009-cu ilin əvvəlindən başlayan "Xocalıya Ədalət" kampaniyasının bir illik fəaliyyəti barədə məlumat verilib", - məlumatda bildirilir.

Azərbaycan-Estoniya "Aydan" Mədəniyyət mərkəzində də Estoniyada yaşayan həmvətənlərimizin iştirakı ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilən tədbir keçirilib. Estoniya Parlamentinin üzvü, Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, həmyerlimiz Eldar Əfəndiyevin təşkilatçılığı ilə "Xocalıya Ədalət" kampaniyası və www.justiceforkhojaly.org saytı barəsində estoniyalı parlament üzvləri məlumatlandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti