...

AŞ PA məruzəçiləri Gürcüstana gəliblər

Siyasət Materials 22 Mart 2010 11:15 (UTC +04:00)
AŞ PA-nın monitorinq komitəsinin üzvləri Matias Yorş və Kastriot İslam bazar ertəsi səhər Gürcüstana işgüzar səfərə gəliblər. Qonaqlar Gürcüstanda AŞ-nin informasiya mərkəzinə baş çəkəcək və Avropa Şurası baş katibinin Gürcüstandakı xüsusi nümayəndəsi Boris Vodz ilə görüşəcəklər.
AŞ PA məruzəçiləri Gürcüstana gəliblər

Gürcüstan, Tbilisi, 22 mart / Trend , müxbir N.Kirsxaliya/

AŞ PA-nın monitorinq komitəsinin üzvləri Matias Yorş və Kastriot İslam bazar ertəsi səhər Gürcüstana işgüzar səfərə gəliblər. Qonaqlar Gürcüstanda -nin informasiya mərkəzinə baş çəkəcək və Avropa Şurası baş katibinin Gürcüstandakı xüsusi nümayəndəsi Boris Vodz ilə görüşəcəklər.

Yorşun Tbilisiyə gəldikdən sonra verdiyi məlumata əsasən, onlar bu səfər zamanı yerli seçkilərdən öncəki vəziyyətlə, seçkilərə hazırlıqla tanış olmaq və siyasi partiyalarla görüşmək niyyətindədirlər.

"Biz normal monitorinqə qayıtmışıq, həmçinin, milli azlıqlar, insan hüquqlarına dair vəziyyəti öyrənəcəyik", - o bildirib.

Yorş qeyd edib ki, Gürcüstan-Rusiya müharibəsindən sonra AŞ PA-nın tövsiyələrinin yerinə yetirilməsi üzrə vəziyyəti öyrənmək üçün bir aydan sonra bir daha Gürcüstana qayıdacaq.

Matias Yorş və Kastriot İslam cari səfər zamanı seçki və konstitusiya islahatları, KİV və milli azlıqlar məsələsi üzrə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, parlament və parlamentə daxil olmayan müxalifət liderləri, MSK sədri Zurab Xaratişvili, Dövlət konstitusiya komissiyasının sədri Avtandil Demetraşvili, "İctimai Yayım"ın baş direktoru Georgi Çanturiya və parlament kanalının rəhbəri Dodo Şonava ilə görüşəcəklər.

Bundan başqa, Milli kommunikasiya komissiyasında reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, qaçqınlar və yerləşdirmə işləri üzrə nazir Kobo Subeliani, parlament sədri David Bakradze, parlament komitələrinin sədrləri, Gürcüstan Parlamentinin AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvləri ilə görüşlər planlaşdırılır.

Gürcüstan Prezidenti Mixail Saakaşvili Matias Yorş və Kastriot İslamı qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti