...

Gürcüstanın xarici işlər naziri Norveç və Finlandiyaya səfər edəcək

Siyasət Materials 31 Mart 2010 16:34 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze aprelin 6-8-də Norveç və Finlandiyaya işgüzar səfər edəcək.
Gürcüstanın xarici işlər naziri Norveç və Finlandiyaya səfər edəcək

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze aprelin 6-8-də NorveçFinlandiyaya işgüzar səfər edəcək. Gürcüstan XİN-dən Trend -a verilən məlumata görə, Vaşadze Norveçdə həmkarı İonas Qar Store, dövlət katibi Espion Bart Eydenos ilə görüşəcək. Nazirin, həmçinin Norveç Parlamentinin xarici işlər və müdafiə komitəsinin sədri və Qaçqınlar Şurasının baş katibi ilə görüşü planlaşdırılır.

Norveç Beynəlxalq Münasibətlər İnstitutunda Qriqol Vaşadzenin iştirakı ilə Gürcüstan xarici siyasətinin əsas istiqamətləri mövzusunda dəyirmi masa keçiriləcək.

Gürcüstanın XİN rəhbərinin Finlandiyaya səfəri Avropa və miqrasiya məsələləri üzrə nazir Astrid Tornson ilə görüşlə başlayacaq. Qriqol Vaşadze, həmçinin finlandiyalı həmkarı Aleksandr Stub, parlamentin xarici əlaqələr komitəsinin sədri və Finlandiya Prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti