...

Son beş ildə Azərbaycanda 480 şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq, məhkəmələrə göndərilib - baş prokuror

Siyasət Materials 27 Aprel 2010 13:41 (UTC +04:00)
Son beş ildə Respublika Prokurorluğunda 480 şəxs barəsində 265 cinayət işinin istintaqı tamalanaraq, aidiyyəti üzrə məhkəmələrə göndərilib, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Parlamentdə çıxışı zamanı baş prokuror Zakir Qaralov bildirib.
Son beş ildə Azərbaycanda 480 şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq, məhkəmələrə göndərilib - baş prokuror

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Hüseynbala/

Son beş ildə Respublika Prokurorluğunda 480 şəxs barəsində 265 cinayət işinin istintaqı tamalanaraq, aidiyyəti üzrə məhkəmələrə göndərilib, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Parlamentdə çıxışı zamanı baş prokuror Zakir Qaralov bildirib.

"2009-cu ildə 133 cinayət işi tamamlanaraq məhkəməyə göndərilib. Hazırda Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icrasında 48 cinayət işinin istintaqı aparılır", - Qaralov deyib.

Baş prokuror deyib ki, 2003-cü ildən başlayaraq prokurorluğun həyatında ciddi bir dönüşün əsası qoyulub.

"Prezidentimizn siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı məqsədyönlü mübarizə tədbirləri həyata keçirilir. Bu sahədə dövlət proqramı təsdiq olunub, milli fəaliyyət planının icrasına başlanılıb", - Qaralov əlavə edib.

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında baş prokurorun təsdiq edilməsi ilə bağlı qanun layihəsi qəbul olunub. Qaralov Azərbaycanın baş prokuroru vəzifəsinə 2000-ci il aprelin 25-də təsdiqlənib. O, iki müddətə bu vəzifəni icra edib.

Ötən il "Prokurorluq haqqında" qanuna dəyişiklik edilərək, sənədin 16-cı maddəsinin 2-ci hissəsindən "Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz", - cümləsi çıxarılıb.

Xəbər lenti

Xəbər lenti