...

Azərbaycanın Sabirabad rayonunda su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan daha 3 nəfər xilas edilib

Siyasət Materials 17 May 2010 17:57 (UTC +04:00)
Azərbaycanın Sabirabad rayonunda su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan sakinlər xilas edilib.
Azərbaycanın Sabirabad rayonunda su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan daha 3 nəfər xilas edilib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Sabirabad rayonunda su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan sakinlər xilas edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan Sabirabad rayonunun Muradbəyli kəndinin 3 sakini FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.

Trend-in arayışı: Azərbaycanın təbii fəlakət zonasında su basmış ərazilərdə son bir həftə ərzində köməksiz vəziyyətdə qalmış 65 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti