...

Azərbaycanın müxalifət partiyası deputatlığa 78 nəfərin namizədliyini müəyyənləşdirib

Siyasət Materials 19 May 2010 13:18 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının sədr müavini deyib ki, namizədlərin irəli sürülməsi ilə bağlı müraciətlər davam edir.
Azərbaycanın müxalifət partiyası deputatlığa 78 nəfərin namizədliyini müəyyənləşdirib

Azərbaycan, Bakı, 19 may / Trend , A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası deputatlığa 78 nəfərin namizədliyini müəyyənləşdirib

Azərbaycanın müxalifət partiyasının sədr müavini deyib ki, namizədlərin irəli sürülməsi ilə bağlı müraciətlər davam edir.

"Namizədlərin hamısı müəyyənləşəndən və seçkilərə rəsmi start veriləndən sonra, Ali Məclisin toplantısında vahid siyahımız təsdiqlənəcək", - çərşənbə günü TrendBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Mirzəbəylinin sözlərinə görə, deputatlığa namizədliyini irəli sürmək istəyənlər çox olsalar da, onlar şansı az olan partiya üzvlərinin prosesə qoşulmasını istəmirlər.

Partiya rəhbərliyində təmsil olunan şəxslərin namizədliyi məsələsinə gəldikdə, Mirzəbəyli deyib ki, sədr Qüdrət Həsənquliyevin yenidən 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsindən namizəd olacağı istisna deyil. "Mən isə hələ ki deputatlığa namizəd olacağım haqda qəti qərar qəbul etməmişəm", - sədr müavini əlavə edib.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər. 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti