...

Azərbaycan XİN başçısı Düşənbədə bir sıra ikitərəfli görüşlər keçirib

Siyasət Materials 19 May 2010 15:11 (UTC +04:00)
Azərbaycan xarici siyasət idarəsinin başçısı Düşənbədə Tacikistan Prezidenti ilə görüşüb.
Azərbaycan XİN başçısı Düşənbədə bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan xarici siyasət idarəsinin başçısı Düşənbədə Tacikistan Prezidenti İmaməli Rəhmanla görüşüb. Görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb. Bu barədə Azərbaycan XİN mətbuat mərkəzindən bildirilib.

Düşənbədə Azərbaycanın xarici işlər naziri özünün Qazaxıstan, Mərakeş, Qambiya, Əfqanıstan, Oman, Liviya, BƏƏ, Suriya, Mavritaniyadan olan həmkarları ilə də görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti