...

Türkiyənin regionda rolunun güclənməsi Azərbaycanın maraqlarına cavab verir – azərbaycanlı politoloqlar

Siyasət Materials 19 May 2010 16:46 (UTC +04:00)
Türkiyənin Qafqazda və Yaxın Şərqdə rolunun güclənməsi regionda sabitliyin yaranmasına gətirib çıxara bilər ki, bu da Azərbaycanın maraqlarına cavab verir. Azərbaycanlı politoloqlar belə hesab edirlər.
Türkiyənin regionda rolunun güclənməsi Azərbaycanın maraqlarına cavab verir – azərbaycanlı politoloqlar

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Ü.Sadıxova/

Türkiyənin Qafqazda və Yaxın Şərqdə rolunun güclənməsi regionda sabitliyin yaranmasına gətirib çıxara bilər ki, bu da Azərbaycanın maraqlarına cavab verir. Azərbaycanlı politoloqlar belə hesab edirlər.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkdən sonra ölkədə ən uğurlu siyasi xadimlərdən biridir.

"Başda Ədalər və İnkişaf Partiyası olmaqla Türkiyə hökuməti İslam dəyərlərini Qərb demokratiyası ilə birləşdirməyi bacardı. Bu da ölkədə korrupsiya ilə mübarizə, biznes mühitinin yaxşılaşması, Qərb ölkələri ilə möhkəm dialoqun aparılması kimi müsbət dəyişiklərə gətirib çıxartdı", - Əlizadə belə hesab edir.

Onun fikrincə, bu, Türkiyə-ABŞ əlaqələrinin möhkəmlənməsinə də xidmət etdi.

"Türkiyə ABŞ-ın demokratik Yaxın Şərqin yaradılması planının həyata keçirilməsində əsas rol oynayır. Ərdoğan hökuməti İslam dəyərlərinin Qərb demokratiya ilə birləşməsinə parlaq nümunədir", - politoloq çərşənbə günü Bakıda keçirilən "Türkiyə hara gedir?" mövzusunda iştirak etdiyi "dəyirmi masa"da deyib.

"Türkiyənin etibarlı müttəfiqi olan Azərbaycan həmsərhəd ölkənin xarici siyasətdəki rolunun güclənməsindən öz xeyrinə istifadə edə bilər", - Əlizadə belə hesab edir.

Türkiyənin artıq təkcə NATO üzvü və ABŞ-ın müttəfiqi deyil, həm də dünya siyasətində aparıcı yer tutan mühüm önəmli oyunçu olduğunu söyləyən politoloq Fikrət Sadıqov onunla razılaşır.

"Türkiyənin "qonşularla sıfır problemlər" siyasəti Ermənistanla münasibətlərin yaxşılaşdırılmasında bəzi səhvlərə baxmayaraq çox uğurlu oldu", - Sadıqov hesab edir.

Azərbaycanlı deputat Anar Məmmədxanovun fikrincə, Türkiyənin uğurlu siyasətinin təməlini onun regional təsirinin güclənməsi ilə yanaşı, ölkənin iqtisadi inkişafı təşkil edir.

Azərbaycanlı politoloq Rasim Ağayev hesab edir ki, artıq səkkiz ildir hakimiyyətdə olan Ərdoğanın partiyası möhkəmlik sınağından uğurla çıxdı. Onun fikrincə, gələcəkdə bu, Qafqazda, eləcə də Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə heç də az təsir göstərməyəcək.

Ekspert həm də hesab edir ki, Rusiya və Türkiyənin yaxınlaşması Azərbaycana müsbət təsir göstərə bilər.

"Türkiyədə aparılan sorğuların nəticələrinə görə, ABŞ bu ölkənin xarici siyasətinə təsirini faktiki olaraq itirib. Səkkiz il ərzində ilk dəfə olaraq Türkiyə və Rusiya arasında əsl tərəfdaşlıq qurulub və onlar ümumi dil tapa biliblər ki, bu da Azərbaycan üçün müsbət amildir", - Ağayev bildirib.

"Ərdoğan hökuməti Türkiyə üçün çətin zamanlarda öz effektivliyini və çoxşaxəli siyasət yürütmək bacarığını sübut edə bildi", - Ağayev güman edir.

Azərbaycan Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyev hesab edir ki, Türkiyənin Avrasiya məkanında rolunun möhkəmlənməsində Rusiya-ABŞ münasibətlərinin "yenidən yüklənməsi" az rol oynamayıb. Politoloq əmindir ki, Türkiyənin regionda rolunun güclənməsi Qərb ölkələrinin maraqlarına cavab verir.

Xəbər lenti

Xəbər lenti