...

Azərbaycan Prezidenti Dağistan Respublikasinin Prezidenti Maqomedsalam Maqomedovun başçiliq etdiyi nümayəndə heyətini qəbul etdi

Siyasət Materials 25 May 2010 01:46 (UTC +04:00)
İlham Əliyev mayın 24-də Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Dağistan Respublikasinin Prezidenti Maqomedsalam Maqomedovun başçiliq etdiyi nümayəndə heyətini qəbul etdi

İlham Əliyev mayın 24-də Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Əvvəlcə İlham Əliyev ilə Maqomedsalam Maqomedov arasında görüş keçirilmişdir.

Daha sonra görüş geniş tərkibdə davam etdirilmişdir.

Dövlətimizin başçısı Dağıstan Prezidenti Maqomedsalam Maqomedovun ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək Azərbaycan ilə Dağıstanı çoxəsrlik tarixi, mədəni əlaqələrin birləşdirdiyini vurğulamışdır. İlham Əliyev əmin olduğunu bildirmişdir ki, Dağıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, regionda təhlükəsizliyin möhkəmləndirilməsi, sərmayə yatırımları və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi işinə xidmət edəcəkdir. Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən dövlət başçısı bu münasibətlərin strateji xarakter daşıdığını demişdir. Dövlətimizin başçısı Dağıstan prezidentinin ölkəmizə səfərinin Rusiya-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini vurğulamışdır.

Dağıstan prezidenti Dağıstan xalqının dərin hörmət və ehtiramını dövlətimizin başçısına çatdırmışdır. Maqomedsalam Maqomedov Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində İlham Əliyevin həyata keçirdiyi siyasətin Dağıstanda yüksək qiymətləndirildiyini demişdir. Dağıstan Prezidenti Rusiya-Azərbaycan münasibətlərinin və eləcə də xalqlarımız arasında mehriban dostluq və qardaşlıq əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayaraq bu ənənələrin qorunaraq gələcək nəsillərə ötürüləcəyinə əmin olduğunu bildirmişdir.

Mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Dağıstan Prezidenti Maqomedsalam Maqomedovun şərəfinə şam yeməyi verilmişdir.

Xəbər lenti

Xəbər lenti