...

Avropa Parlamentində Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar hazırlanan sənədlərdə obyektivlik prinsiplərinə əməl edilməsi çox önəmlidir - spiker Oqtay Əsədov

Siyasət Materials 2 İyul 2010 18:11 (UTC +04:00)
Avropa Parlamentində Cənubi Qafqaz bölgəsindəki vəziyyətlə əlaqədar hazırlanan sənədlərdə məlum həqiqətlərin əks olunması, obyektivlik prinsiplərinə əməl edilməsi çox önəmlidir.
Avropa Parlamentində Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar hazırlanan sənədlərdə obyektivlik prinsiplərinə əməl edilməsi çox önəmlidir - spiker Oqtay Əsədov

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentində Cənubi Qafqaz bölgəsindəki vəziyyətlə əlaqədar hazırlanan sənədlərdə məlum həqiqətlərin əks olunması, obyektivlik prinsiplərinə əməl edilməsi çox önəmlidir. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib.

O, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Avropa Parlamentinin son qərarını yüksək dəyərləndirib.

Avropa Parlamentində rumıniyalı deputat xanım Norika Nikolai görüş zamanı bildirib ki, mühüm geosiyasi mövqeyə malik Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi Avropa üçün çox əhəmiyyətlidir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, ölkəmizlə Avropa Parlamenti arasında münasibətlər bu gün faydalı əməkdaşlıq səviyyəsinə yüksəlib.

Xəbər lenti

Xəbər lenti