...

Azərbaycanın müxalifət partiyalarının etiraz aksiyaları keçirmək cəhdinin qarşısı alınıb

Siyasət Materials 3 İyul 2010 17:14 (UTC +04:00)
Azərbaycanın müxalif "Azadlıq" bloku nümayəndələrinin şənbə günü icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.
Azərbaycanın müxalifət partiyalarının etiraz aksiyaları keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir М.Əliyev/

Azərbaycanın müxalif "Azadlıq" bloku nümayəndələrinin şənbə günü icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.

Hüquq-mühafizə orqanları müxalifətin 15-20-yə yaxın nümayəndəsinin "İçərişəhər" metrostansiyasının yanında mitinq keçirmək cəhdinin qarşısını alıb.

Həmçinin, müxalif Müsavat Partiyasının və Demokratiya Uğrunda İttifaqın şənbə günü Hüseyn Cavid parkının yaxınlığında icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.

Bakı şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer kimi Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.

Xəbər lenti

Xəbər lenti