...

Azərbaycan Aİ və NATO ilə əməkdaşlığın inkişafına səy göstərsə də onlara üzv olmaq niyyətində deyil – XİN rəhbəri

Siyasət Materials 5 İyul 2010 16:06 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı və NATO ilə əməkdaşlığın inkişafına səy göstərir, lakin bu təşkilatlara üzv olmaq niyyətində deyil. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunmuş müsahibəsində bildirib.
Azərbaycan Aİ və NATO ilə əməkdaşlığın inkişafına səy göstərsə də onlara üzv olmaq niyyətində deyil – XİN rəhbəri

Azərbaycan Avropa İttifaqı və NATO ilə əməkdaşlığın inkişafına səy göstərir, lakin bu təşkilatlara üzv olmaq niyyətində deyil. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunmuş müsahibəsində bildirib. Məlumatı İTAR-TASS yazır.

Məmmədyarovun sözlərinə görə, Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın xarici siyasətinin prioriteti olaraq qalır. "Lakin biz aydın şəkildə anlamalıyıq ki, bu inteqrasiya üzvlük demək deyil", - o deyib.

"NATO və Aİ ilə əməkdaşlığımız bizə lazım olan islahatlar çərçivəsində davam etdiriləcək", - xarici işlər naziri qeyd edib. Bununla bağlı nazir xatırladıb ki, Azərbaycan həyatın müxtəlif sahələrində Avropa standartlarını qəbul etməyə çalışır.

Xəbər lenti

Xəbər lenti