Gürcüstan, Tbilisi, 5 avqust /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidentinin mətbuat xidmətinin yeni rəhbəri "Rustavi 2" teleşirkətinin jurnalisti Natia Bandzeladze olub. Prezident Administrasiyasından Trend-ə bildiriblər ki, o, bu postda Alan Qaqloyevi əvəz edib.
Həmçinin bildiriblər ki, Qaqloyev Prezidentin müşaviri vəzifəsinə təyin edilib.
Yarım il bundan əvvəl Gürcüstan Prezidenti "İmedi" teleşirkətinin jurnalist-redaktoru Manana Mancqaladzeni özünün mətbuat katibi təyin etmişdi.