...

Azərbaycanda yol qəzaları, əsasən, avtomobillərin yüksək sürətlə idarə olunmasından baş verir - Baş Dövlət Yol Polisi İdarəsi

Siyasət Materials 16 Avqust 2010 12:02 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 7 ay ərzində baş verən 1 402 yol qəzasından 592-si avtomobillərin yüksək sürətlə idarə olunması (254 ölüm, 531 yaralı), 334-ü ötmə qaydalarının pozulması (100 ölü, 437 yaralı), 114-ü yolayırıcı keçmə qaydalarının pozulması (18 ölü, 137 yaralı) səbəbindən yaranıb.
Azərbaycanda yol qəzaları, əsasən, avtomobillərin yüksək sürətlə idarə olunmasından baş verir - Baş Dövlət Yol Polisi İdarəsi

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 7 ayında baş verən yol qəzaları, əsasən, avtomobillərin yüksək sürətlə idarə olunması, ötmə və yolayırıcı keçmə qaydalarının pozulması səbəbindən baş verib.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 7 ay ərzində baş verən 1 402 yol qəzasından 592-si avtomobillərin yüksək sürətlə idarə olunması (254 ölüm, 531 yaralı), 334-ü ötmə qaydalarının pozulması (100 ölü, 437 yaralı), 114-ü yolayırıcı keçmə qaydalarının pozulması (18 ölü, 137 yaralı) səbəbindən yaranıb.

Respublikada 1 402 yol qəzası zamanı 482 nəfər ölüb, 1 460 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qəzaların 536-sı piyadavurma (173 ölü, 418 yaralı), 514-ü toqquşma (165 ölü, 670 yaralı), 163-ü maneəvurma (61 ölü, 178 yaralı) olub.

Qeydə alınan qəzalar zamanı 34 uşaq ölüb, 138-i yaralanıb.

Ölənlərdən 13-ü, yaralılardan 37-si 7 yaşa qədər olan uşaqlardır.

Piyadavurmalar zamanı isə 21 uşaq dünyasını dəyişib, 80 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti