...

"Yeni İpək yolu" layihəsinin iştirakçıları Tovuz rayonunda olublar (FOTO)

Siyasət Materials 24 Avqust 2010 00:22 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayevanın dəvəti ilə “Yeni İpək yolu” layihəsinin iştirakçıları Tovuz rayonunda olub. Amerikanın Montana ştatından olan professor Tomas Qolts və 24 tələbəsinin qatıldığı səfər ilk olaraq rayonun girişində olan Qala kompleksinin tanışlığı ilə başladı. Millət vəkili Qənirə Paşayeva qonaqlara rayonun coğrafı mövqeyi, tarixi və iqtisadiyyatı barədə məlumat verib.
"Yeni İpək yolu" layihəsinin iştirakçıları Tovuz rayonunda olublar (FOTO)

Azərbaycan, Gəncə, 24 avqust /Trend, müxbir V.Məmmədov/

Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayevanın dəvəti ilə "Yeni İpək yolu" layihəsinin iştirakçıları Tovuz rayonunda olub. Amerikanın Montana ştatından olan professor Tomas Qolts və 24 tələbəsinin qatıldığı səfər ilk olaraq rayonun girişində olan Qala kompleksinin tanışlığı ilə başladı. Millət vəkili Qənirə Paşayeva qonaqlara rayonun coğrafı mövqeyi, tarixi və iqtisadiyyatı barədə məlumat verib.

Həmçinin  Azərbaycanın ərazisinin işğalçılar tərəfindən zorla əllərindən alınaraq başqa ölkələrə verilməsi barədə məlumatı əks etdirən lövhə barədə məlumat verildi. Sonra qonaqlar vətən uğrunda şəhid olan Tovuz gənclərinin məzarını ziyarət etdilər. Burada Paşayeva ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumat verib. Bildirilib ki, 90-cı illərin əvvəllərindən başlayaraq ermənilər Azərbaycan torpaqlarını işğal etmiş və 1 milyona yaxın qaçqın və məcburi köçkünlər doğma yurdlarından didərgin düşüblər.

Ermənilərin insanlığa sığmayan əməllərinin əyani şahidi olmaq üçün layihə iştirakçıları sonra Tovuzun Ermənistanla sərhəd kəndi olan Əlibəyliyə gediblər. Burada Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulması hallarının baş verdiyini və bu kənddə normal həyatın pozularaq ahəngindən çıxdığı bildirildi. Tələbələr məktəb binasının güllə-baran edilən darvazası və top atəşi nəticəsində dağıdılan yaşayış evini gözləri ilə gördülər.
Sərhəd kəndi Ağdam ilə tanışlıq isə qonaqlarda Ermənistan silahlı qüvvələrinin vəhşilikləri barədə təəssürat yaratdı. Düşmən qüvvələrinin yanğınlar törətməsi faktını gözləri ilə görən amerikalı tələbə Richard Gauron bildirib ki, Azərbaycan haqqında bilgisi çox az idi. Bura gələndən sonra bu ölkənin necə gözəl yer olmasına əmin olub.

"Respublikanın sərhəd kəndləri, məcburi köçkün şəhərcikləri və Azərbaycanın tarixi ilə qısa tanış olduqdan sonra demək olar ki, həqiqətləri anladım. Sərhəd kəndlərində yaşayış çox acınacaqlıdır. Mən Amerikaya qayıtdıqdan sonra burada gördüklərim barədə hesabat yazacağam və həqiqətləri yaşıdlarıma çatdırmağa çalışacam" Gauron deyib.

Millət vəkili Paşayeva belə gənclərin respublikamıza gəlişi və Azərbaycan həqiqətlərini gözləri ilə görmələrini cox önəmli hesab edir.

"Respublikamıza gələn tələbə gənclər siyası elmlər üzrə təhsil alırlar. Onlar bu gün Azərbaycan həqiqətlərini gözləri ilə gördülər. Ölkəmizin regionda böyük əhəmiyyətə malik olduğunun şahidi oldular. Qacqın və məcburi köçkünlərin həyat şəraitini, sərhəd kəndlərdə yaşayışın dözülməz olduğunu gördülər. Onlar bu gördüklərini öz ölkələrində danışacaqlar. Bu da Azərbaycan həqiqətlərini dünya ictimayətinə çatdırılmasında çox böyük əhəmiyyətə malikdir" deyə Qənirə Paşayeva bildirib.
 
Layihənin rəhbəri Tomas Qoltsun sözlərinə görə, universitetdə dərs zamanı tələbələrə Qazfqaz ölkələri barədə danışıb və tələbələr deyilənləri əyanı görmək istəyiblər. Məhz buna görə bu layihənin reallaşdığını bildirən Qolts məqsədin Azərbaycan həqiqətlərini dəqiq və aydın görmək, Qafqazın təbiəti, inkişaf strukturları barədə zəngin məlumat toplamaqdır.

Qoltsun yay məktəbinin iştirakçıları, həmçinin Tovuzun qədim tarıxə malik Göytəpə arxeoloji ekspedisiyası ilə də tanış oldular. Bildirildi ki, abidə eramızdan əvvəl 6-cı minilliyə aiddir və 3 ildir ki, burada qazıntı işləri aparılır.

"Yeni ipək yolu" layihsəi çərçivəsində 24 tələbə iştirak edir. Onlardan 10-u Amerikadan, 4-ü Azərbaycandan, 10 nəfəri isə Türkiyədəndir. Məktəb iştirakçıları Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə gedəcəklər.

Xəbər lenti

Xəbər lenti