...

Maltanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 31 Avqust 2010 18:21 (UTC +04:00)
Maltanın xarici işlər naziri Tonio Borq Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın İtaliyadakı və eyni zamanda Maltadakı səfiri Emil Kərimov bildirib.
Maltanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir S.Ağayeva/

Maltanın xarici işlər naziri Tonio Borq Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın İtaliyadakı və eyni zamanda Maltadakı səfiri Emil Kərimov bildirib.

Səfərin yaxın gələcəkdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçirilməsi planlaşdırılıb.

"Bu, belə yüksək səviyyədə Maltadan ilk rəsmi səfər olacaq. Və biz indi bu səfər üzərində işləyirik", - səfir qeyd edib.

İqamətgahı Romada yerləşən Azərbaycanın Maltadakı səfirliyi 2006-cı ildən fəaliyyət göstərir.

Diplomatın sözlərinə görə, ölkələr arasında münasibətlər kiyayət qədər uğurla inkişaf edir. "Təxminən yeddi layihə sazişi hazırda müzakirə olunmaqdadır və yaxın vaxtlarda imzalanacaq. Sənədlər iqtisadiyyat və turizm kimi sahələri əhatə edir, eləcə də Xarici İşlər nazirlikləri və universitetlər arasında əməkdaşlıq haqqında saziş layihələri də var", - Kərimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti