...

BMT Azərbaycan hökumətinə Haitiyə göstərdiyi maliyyə yardımına görə təşəkkür edib

Siyasət Materials 1 Sentyabr 2010 11:29 (UTC +04:00)
XİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Azərbaycan hökumətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar, "Haiti Təcili Yardım Fondu"na ayırdığı 500 000 min ABŞ dolları məbləğində maliyyə və böyük həcmdə humanitar ehtiyaclara kömək etmiş dəyərli yardımına görə minnətdarlığını bildirib.
BMT Azərbaycan hökumətinə Haitiyə göstərdiyi maliyyə yardımına görə təşəkkür edib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir S.Agayeva/

BMT Azərbaycan hökumətinə Haitiyə göstərdiyi maliyyə yardımına görə təşəkkür edib.

XİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Azərbaycan hökumətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar, "Haiti Təcili Yardım Fondu"na ayırdığı 500 000 min ABŞ dolları məbləğində maliyyə və böyük həcmdə humanitar ehtiyaclara kömək etmiş dəyərli yardımına görə minnətdarlığını bildirib.

"Haiti Təcili Yardım Fondu" - hər hansı bir qarşısıalınmaz fövqəladə hadisələr zamanı, ölkədə fəaliyyət göstərən təşkilatlar və agentliklərə çevik şəkildə maliyyə yardımı göstərən birləşmiş fonddur. Baş vermiş zəlzələ ilə bağlı, Fonda 82 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərilmiş və həmin məbləğin 65 milyon ABŞ dolları insan həyatının xilas olunması əməliyyatlarında istifadə edilmişdir.

Xəbər lenti

Xəbər lenti