...

Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyinin müzakirə tarixi müəyyənləşib

Siyasət Materials 17 Sentyabr 2010 00:56 (UTC +04:00)
ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi sentyabr ayının 21 də müzakirə olunacaq. Məlumatı Senat komitəsinin rəsmi saytı yayıb.
Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyinin müzakirə tarixi müəyyənləşib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.Hüseynov/

ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi sentyabr ayının 21 də müzakirə olunacaq. Məlumatı Senat komitəsinin rəsmi saytı yayıb.

Avqustun 4-də ABŞ Senatının Xarici əlaqələr komitəsi Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi üzrə səsverməni sentyabra qədər təxirə salıb. ABŞ-ın müxtəlif ölkələrdə diplomatik nümayəndəliklərinin rəhbəri postuna namizədlərlə görüşdə komitənin sədri Con Kerri səsvermənin təxirə salındığını elan edib.

Onun sözlərinə görə, Metyu Brayzanın namizədliyinə baxılması senator Barbara Bokserin təşəbbüsü ilə təxirə salınıb.

Mayda Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Brayzanın namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti