Gürcüstan, Tbilisi, 23 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasında çıxış edəcək.
Gürcüstan Prezidenti mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dövlət başçısı sentyabrın 23-də sessiya zamanı ümumi ənənəvi müzakirələr çərçivəsində BMT qarşısında çıxış edəcək.
Gürcüstan Prezidenti, ənənəvi olaraq, BMT Baş Assambleyasında müzakirələrdə çıxış edir, Abxaziya və Cənubi Osetiya, münaqişələrin nizamlanması məsələsini xüsusi qeyd edir.