...

MSK və Venesiya Komissiyası Parlament seçkisi ilə bağlı treninqlərə başlayıb

Siyasət Materials 5 Oktyabr 2010 10:56 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası ilə birgə çərşənbə axşamı dairə seçki komissiyalarındakı (DSK) treynerlər üçün treninqlərə başlayıb.
MSK və Venesiya Komissiyası Parlament seçkisi ilə bağlı treninqlərə başlayıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası ilə birgə çərşənbə axşamı dairə seçki komissiyalarındakı (DSK) treynerlər üçün treninqlərə başlayıb.

Tədbirdə MSK katibi Natiq Məmmədov treninqlərdə hər DSK-dan 2 nəfərin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, bu gündən başlayaraq treninqlər hər gün 50 nəfər olmaqla, 5 gün ərzində, ümumilikdə, 250 nəfəri əhatə edəcək.

Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Veronika Kotek keçirilən treninqlərin əhəmiyyətini vurğulayıb və bu tədbirin Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.

Trenerlərə treninqlərin hazırlanması, təqdimat bacarıqları və təşkili metodları, seçki günü məntəqə seçki komissiyalarının dairələri üzrə treninqlərin formatı, təşkil olunması və s. mövzular üzrə məşğələlər keçiriləcək. Treninqlərin keçirilməsinə MSK-nın treynerləri ilə yanaşı, Avropa Şurası Venesiya Komissiyasının ekspertləri də cəlb olunublar.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti