...

Ukrayna və Azərbaycan gələcək qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyən edəcəklər - XİN rəhbəri

Siyasət Materials 5 Oktyabr 2010 18:20 (UTC +04:00)
Ukrayna və Azərbaycan gələcək qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyən edəcəklər.
Ukrayna və Azərbaycan gələcək qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyən edəcəklər - XİN rəhbəri

Fransa, Strasburq, 5 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Ukrayna və Azərbaycan gələcək qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyən edəcəklər.

"Ukraynada Azərbaycan Prezidentinin rəsmi səfərini səbirsizliklə gözləyirlər, səfər zamanı Xarici İşlər və digər nazirliklərin gördüyü işlərə yekun vurulacaq. Həmçinin gələcəkdə qarşılıqlı inkişafın istiqamətlərini müəyyən edən qərarlara toxunacağıq", - bu barədə Trend-ə Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ən isti münasibətlər bütün səviyyələrdə - prezidentlər və hökumət rəhbərləri - yaranıb.

"Ən irimiqyaslı layihələri həyata keçirmək, beynəlxalq səviyyədə şəraitin yaradılması məqsədilə çox səmərəli, effektiv qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün dövlətlərarası münasibətlər zəminində bütün infrastruktur yaradılıb", - Qrişenko bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri oktyabrın sonuna planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti