...

Gürcüstan xarici işlər nazirinin Ermənistana səfərində məqsəd ermənilərin ayrılmaq istəyini qabaqlamaqdır – Trend-in icmalçısı

Siyasət Materials 6 Oktyabr 2010 09:00 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze oktyabrın 4-də Yerevana ikigünlük işgüzar səfər edib. O, Yerevanda Prezident Serj Sarkisyan, eləcə də erməni həmkarı Edvard Nalbandyanla görüşlər keçirib.
Gürcüstan xarici işlər nazirinin Ermənistana səfərində məqsəd ermənilərin ayrılmaq istəyini qabaqlamaqdır – Trend-in icmalçısı

Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tariverdiyeva

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze oktyabrın 4-də Yerevana ikigünlük işgüzar səfər edib. O, Yerevanda Prezident Serj Sarkisyan, eləcə də erməni həmkarı Edvard Nalbandyanla görüşlər keçirib. İki ölkənin xarici işlər nazirləri görüş barədə bu yaxınlarda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının iclasında razılığa gəliblər.

Səfərin yekunları tərəflərin dostluqda qarşılıqlı inamı, regional təhlükəsizliyin və digər ikitərəfli məsələlərin müzakirəsi olub. Lakin Vaşadzenin Yerevana səfərinin məqsədi çox güman ki, Ermənistanın ali rəhbərliyi ilə protokol görüşləri deyil, Gürcüstanın sakit olmayan qonşulardan yaxın gələcəkdə hansı sürprizləri gözləməsi mövzusu ilə bağlı "vəziyyətin öyrənilməsi" olub.

Bu gün müxtəlif ölkələrin ərazilərində tarixi erməni vətəninin əbədi "erməni" problemi  Gürcüstan üçün kifayət qədər yeni və təhlükəli təsəvvür yaratmaqdadır.

Gürcüstanın Cavaxetiya regionunda əsasən ermənilərin yaşaması səbəbindən, bu, Yerevana artıq uzun vaxtdır ki dinclik vermir.

Buna görə də Ermənistanın rəsmi şəxsləri istənilən imkan ələ düşən kimi gürcü regionunda yaşayan erməni əhalisinin sosial problemlərinə siyasi çalarlar vermək üçün mümkün olan hər şeyi edirlər.

Ermənistanın Samsxe-Cavaxetiya regionunda yaşayan erməni əhalisinin gürcü hakimiyyəti tərəfindən sıxışdırılması ilə bağlı ittihamlar səsləndirməsi və mərkəzdən, yəni bilavasitə Tbilisidən maksimum müstəqil olmağa işarələr etməsi birinci dəfə deyil.

Demək olar, Vaşadzenin Ermənistana səfərinə bir gün qalmış "Rusiyanın Cavaxk diasporu" bəyanatla çıxış edib. Bəyanatın mətnində dünya erməniçiliyinin uzağa gedən planları kifayət qədər dolğun şəkildə təsvir edilir və qeyd olunur ki, onun ən güclü qüvvəsi məhz diaspordur.

"Gürcüstan hakimiyyəti öz dövlətini monoetnikliyə çevirir, ölkədə millətçilik və iqri ayrı-seçkilik artmaqda davam edir... Hamı görür ki, Gürcüstan hakimiyyəti mövcud beynəlxalq standartları pozur", - sənəddə deyilir.

Sənədin sonunda Rusiyanın Cavaxk diasporu" Gürcüstan hakimiyyətini Samsxe-Cavaxetiya diyarının milli-mədəni muxtariyyətini rəsmən elan etməyə çağırır.

Amma aldanılmaq lazım deyil. Əslində muxtariyyət ermənilərin anlayışında ermənilərin məskunlaşdığı yad dövlətlərin regionlarının amputasiya edilməsi yolunun yalnız başlanğıcıdr.

Qoy gürcülər üçün hadisələrin belə nəticəsinin açıq nümunəsi kimi, Azərbaycanın muxtariyyəti olarkən respublikadan ayrılmaq cəhdlərindən yayına bilməyən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ olsun.

Digər tərəfdən, Gürcüstan Ermənistanla münasibətlərdə bir mühüm detalı - Yerevanın və Moskvanın dostluğunu unutmamalıdır. Bu tarixi əməkdaşlıq münasibətlərinin çox gözəl nümunəsi o fakt oldu ki, Ermənistan Gürcüstan tərəfindən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində təqdim edilmiş qaçqınlarla bağlı qətnaməni dəstəkləmədi. Bu səbəblər aydındır - Ermənistan Rusiyadan kiçik, resurslara malik olmayan iqtisadi zəif respublika kimi, həm də güclü qonşu tərəfindən qismən bağlanmış sərhədləri qədər asılıdır. Azərbaycanla sonluğu hələ ki görünməyən hərbi vəziyyəti nəzərə alaraq, aydın olur ki, (arzusunu yerinə yetirərək) Moskvanın xeyrinə Yerevan Gürcüstanla dostluq münasibətlərinə hələ çox məhəl qoymayacaq. Bundan başqa, Moskva ilə diplomatik münasibətləri olmayan Gürcüstanın zəiflədilməsi və indiki hakimiyyətin sıxışdırılmasına görə, Ermənistan Samsxe-Cavaxetiyadakı problemləri şişirtmək və ölkədəki vəziyyətin stabilliyini pozmaq üçün əlindən gələn hər şeyi edə bilər.

Artıq indi bunun üçün ilkin zəmin var. Yerevan-Tbilisi ziddiyyətlərinin yaxşı təcəssümü kimi Yerevanda mətbuat konfransı vaxtı erməni jurnalistlərin Vaşadzeyə "Cavaxk" sakinlərinin təhsil sahəsində problemləri ilə bağlı şikayətlərinə dair sualları olub.

Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri "Cavaxk" adlı yerin dünyanın coğrafi xəritəsində olmadığını deyərək, diqqəti ermənilərin öz bildiyi kimi adlandırdıqları Samsxe-Cavaxetiya regionuna yönəltdi və 103 erməni məktəbinin dövlət proqramı çərçivəsində təmir edildiyini qeyd etdi.

Lakin hər halda gürcülərin Yerevanla ziddiyyətlərin aradan qaldırılmasına can atmalarına baxmayaraq, Ermənistan hakimiyyətinin dostluğa sadiq olması ilə bağlı əminliyin Samsxe-Cavaxetiyanın "cəfakeş Cavaxk"a çevrilməyəcəyinə və Dağlıq Qarabağın taleyini təkrar etməyəcəyinə heç kim zəmanət vermir.

Xəbər lenti

Xəbər lenti