...

İlham Əliyev Yevlaxda "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib

Siyasət Materials 14 Oktyabr 2010 17:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Yevlaxa səfəri çərçivəsində "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib.
İlham Əliyev Yevlaxda "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Yevlaxa səfəri çərçivəsində "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müəssisənin kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıb.

Müəssisədə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin tikintisi üçün 7 hektar torpaq sahəsi ayrılıb. Tikintisinə 2009-cu ilin iyununda başlanmış müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir. Müəssisədə 80 nəfər daimi işlə təmin olunub.

Dövlətimizin başçısı müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesi ilə tanış olub, hazır məhsulların sərgisinə baxıb.

Xəbər lenti

Xəbər lenti