...

Kiyevdə GUAM formatında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 22 Noyabr 2010 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir S.Ağayeva/

Kiyevdə GUAM formatında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müzakirə GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin GUAM Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Anatoli Matvienko ilə görüşü zamanı keçirilib. Bu barədə Trend-ə GUAM Katibliyindən məlumat verilib.

Tərəflər GUAM formatında parlamentlərarası əməkdaşlığın perspektivləri, GUAM və GUAM+2 formatında proqram və layihələrin reallaşdırılması məsələlərinin geniş spektrini müzakirə ediblər.

Ticarət və energetika məsələlərinə xüsusi diqqət ayrılıb.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti