Gürcüstan, Tbilisi, 21 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını dəstəkləməyəcək. Bu barədə Gürcüstan Prezidentinin press-spikeri Manana Mancqaladze bu gün brifinqdə bəyan edib.
Onun sözlərinə görə, bu məsələdə Gürcüstanın mövqeyi "dəyişməyib". " Gürcüstan Rusiyanın ÜTT-yə daxil olmasını dəstəkləməyəcək ", - press-spiker qeyd edib.
Bununla yanaşı, o, bildirib ki, Rusiya ilə dialoqa başlanacağı halda bu məsələ digərləri ilə birgə müzakirə oluna bilər. "Rusiya tərəfini bir-birinə olan bütün iddiaları aradan qaldırmağa və danışıqlar prosesinə başlamağa çağırırıq, bu məsələ sərhədlərin leqallaşdırılması barədə mövqeyimiz nəzərə alınmaqla müzakirə oluna bilər", - Mancqaladze bildirib.
Bu günlərdə ABŞ Prezidenti Barak Obama Rusiyanın ÜTT-nin üzvü olacağını bəyan edib. Buna da Moskvadan özünün ayrılmaz hissəsi hesab etdiyi Abxaziya və Cənubi Osetiya ilə sərhədlərdə nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edən Gürcüstan mane ola bilər.