...

Müsavat Partiyasının qurultayının vaxtı müəyyənləşdi

Siyasət Materials 26 Dekabr 2010 15:31 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayının vaxtı dəqiqləşib. Trend-in məlumatına görə Partiya məclisinin bazar günü keçirilən iclasında Partiya sədri İsa Qəmbər VIII Qurultayın may ayında keçiriləmsini təklif edib.
Müsavat Partiyasının qurultayının vaxtı müəyyənləşdi

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayının vaxtı dəqiqləşib. Partiya məclisinin bazar günü keçirilən iclasında Partiya başqanı İsa Qəmbər VIII Qurultayın may ayında keçiriləmsini təklif edib.
 
Səsvermə nəticəsində Qəmbərin təklifi qəbul olunub. Bundan əlavə qurultaya hazırlıq işlərinin sürətləndirilməsi barədə də qərar qəbul edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir

Xəbər lenti

Xəbər lenti