...

Azərbaycanın müxalifət partiyasının sədri vəzifəsindən gedəcəyini açıqlayıb

Siyasət Materials 27 Dekabr 2010 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir T. Hacıyev/

Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyasının sədri vəzifəsindən gedəcək. Trend-in VHP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə sədr Sabir Rüstəmxanlı VHP Gənclər Təşkilatının (GT) bazar günü keçirilən IX konfransında çıxışı zamanı deyib.

"Bilməlisiniz ki, gec-tez mən də sədrlikdən gedəcəyəm. İstəyirəm özünüzü bu vəzifəyə də hazırlayasınız. VHP-ni ayıq, fəal və partiyanın gələcəyini düşünən gənclərə etibar etmək niyyətindəyəm", - Rüstəmxanlı əlavə edib.

Partiya sədri VHP-nin gənclərini ictimai-siyasi proseslərdə fəal olmağa çağırıb.

"Bu dövlətin gələcəyi sizin əlinizdədir, haqqınıza sahib çıxın", - o, vurğulayıb.

Tədbirdə VHP sədrinin müavini Nurəddin Mehdixanlı, Təşkilat Şöbəsinin müdri Samir Əsədli, VHP Nizami rayon təşkilatının sədri Məhəmməd Qadaşlı, VHP MNTK üzvü Sabir Kərimov, Siyasi Şura üzvü Ofelya Rəşidqızı və digər funksionerlər də cıxış ediblər.

Sonda VHP Gənclər Təşkilatına sədr seçkisi keçirilib. Pərviz Həsənov, Emil Bağırov, Teymur İsmayılov və Tural Səfərli namizəd kimi irəli sürülüb. Seçkinin nəticəsi olaraq Emil Bağırov VHP Gənclər Təşkilatının sədri seçilib.

VHP Gənclər Təşkilatının Məclisinə 17, Nəzarət-Təftiş Qrupuna 3 nəfər seçilib.

Məclis üzvlüyünə Emil Bağırov, Teymur İsmayılov, Ülkər Məmmədli, Pərviz Həsənov, Niyaz Ağasəfoğlu, Elvin Hüseynov, Tural Abasquliyev, Türkel Əliyev, Qorqud Faiqoğlu, İsmayıl Kərimov, Salman Hüseynov, Nicat Şükürov, Murad Əhməd, Tural Səfərli, Davud Qadaşlı, Elmir Sultanov, Tural Xasiyev, Nəzarət-Təftiş Qrupunun üzvlüyünə Xalid Hidiyev, Orman Rüstəmxanlı və Eldar Kərimov seçiliblər.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 1992-ci ildə təsis edilib. 1992-ci il sentyabr ayının 26-da keçirilən I Təsis Qurultayında Sabir Rüstəmxanlı partiyanın sədri seçilib. VHP özündə 78 rayon təşkilatını və 30 minə yaxın üzvü birləşdirir. Hazırda VHP bələdiyyələrdə 115, Parlamentdə isə 3 üzvlə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti