...

Litva Seyminin sədri Heydər Əliyev Fondunda olub

Siyasət Materials 9 Fevral 2011 19:31 (UTC +04:00)

Bakıda səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da Heydər Əliyev Fondunda olub, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Eyni zamanda, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

Fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

Litva Seyminin sədri Fondun xatirə kitabına ürək sözlərini yazmışdır. Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

Xəbər lenti

Xəbər lenti