...

Ukrayna Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 28 Aprel 2011 22:25 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç cümə axşamı Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ukrayna Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Ukrayna Prezidentinin Şəhidlər xiyabanına ziyarəti barədə məlumat əlavə olunub (ilk xəbər 19:22-də yayılıb)

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç cümə axşamı Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Viktor Yanukoviç həmçinin Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Viktor Yanukoviç və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Ukrayna Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Viktor Yanukoviç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

Xəbər lenti

Xəbər lenti