...

Azərbaycan Prezidenti Mərakeşin Kralına başsağlığı verib

Siyasət Materials 29 Aprel 2011 17:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı məktubu ünvanlayıb
Azərbaycan Prezidenti Mərakeşin Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı məktubu ünvanlayıb, məlumatı cümə günü Prezidentin rəsmi saytı yayıb.

"Əlahəzrət, Mərakeş şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!" İlham Əliyev məktubda bildirib.

Xəbər lenti

Xəbər lenti