...

Azərbaycan gəncliyinə dair Dövlət Proqramında rasional təkliflər nəzərə alınacaq - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 5 May 2011 12:11 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası (PA) "Azərbaycan Gəncliyi 2011-2015" Dövlət Proqramının hazırlanması üçün hər kəsi öz təkliflərini verməyə çağırır.
Azərbaycan gəncliyinə dair Dövlət Proqramında rasional təkliflər nəzərə alınacaq - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Prezidenti Administrasiyası (PA) "Azərbaycan Gəncliyi 2011-2015" Dövlət Proqramının hazırlanması üçün hər kəsi öz təkliflərini verməyə çağırır. Trend-in məlumatına görə, bu barədə PA-nın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Heydər Əliyev və məcburi köçkün gənclər" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

"Azərbaycan Gəncliyi 2011-2015" Dövlət Proqramı tam olaraq ictimai müzakirəyə çıxarılan yeganə dövlət proqramıdır. İnsanları öz təkliflərini verməyə çağırırıq. 1000, 10 000 təklif də olsa, bütün rasional təkliflər nəzərə alınacaq", - Aslanov qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi inkişaf edir və gəncliyin inkişafına dövlət qayğısı hiss olunur.

"Bu gün fəxrlə deyə bilərik ki, Avropanın ən böyük gənclər mərkəzlərindən biri yaxın zamanlarda Azərbaycanda tikiləcək. Biz həm geostrateji, həm də geosiyasi cəhətdən regionun mərkəzinə çevrilmişik. Gənclər Azərbaycan dövlətinin əsas intellektual qüvvəsidirlər", - o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti