Elə etməliyik ki, Azərbaycanda yaşayan hər bir vətəndaş işlə təmin olunsun - Prezident İlham Əliyev (FOTO)

Elə etməliyik ki, Azərbaycanda yaşayan hər bir vətəndaş işlə təmin olunsun - Prezident İlham Əliyev (FOTO)

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev İmişli Olimpiya İdman kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

İctimaiyyətin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev çıxış edərək dedi:

"Əziz dostlar, mən Sizin hamınızı ürəkdən salamlayıram. İmişli Olimpiya kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu gözəl idman qurğusu İmişli idmançılarına gözəl xidmət göstərəcəkdir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var və deyə bilərəm ki, ölkəmizdə istifadəyə verilmiş olimpiya komplekslərinin arasında bu, ən gözəl komplekslərdən biridir. Böyük idman zalları, açıq meydançalar, qapalı idman zalları, üzgüçülük hovuzu, kiçik mehmanxana. Eyni zamanda, kompleksin çox gözəl xarici görünüşü də vardır. Mən çox şadam ki, İmişlidə də gözəl olimpiya idman kompleksi tikilmişdir. Bu, Azərbaycanda son illər ərzində tikilmiş komplekslərin arasında yenə də demək istəyirəm ki, öz gözəlliyi və funksional tərəfi ilə seçilən komplekslərdəndir. Sayca 31-cidir. Azərbaycanda qısa müddət ərzində 31 Olimpiya İdman Kompleksi tikilmişdir və bu proses davam edir. Hazırda 9 rayonda yeni komplekslər tikilir".

Dövlət başçısı bildirib ki, Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün çox böyük addımlar atılır.

"İdmançılarımız da öz növbəsində bizi qələbələrlə sevindirirlər. Beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər. Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu beynəlxalq yarışlar nəinki Bakıda, eyni zamanda, bölgələrdə də keçirilir.
Əgər vaxtilə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs reallaşmasaydı, belə tədbirlərin keçirilməsi üçün şərait olmayacaqdı. Bu gün həm yerli idmançıların məşq prosesinin təşkili, həm də ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün bütün şərait vardır. Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün gözəl, müasir şərait yaradılsın.
İdmançılarımız bizi sevindirirlər. Bizim Olimpiya, dünya və Avropa çempionlarımız vardır. Ancaq bununla bərabər, idmanın kütləviliyini təmin etmək üçün biz öz siyasətimizi aparırıq. Bax, belə komplekslərdə uşaqlar, gənclər, yeniyetmələr məşq edəcəklər, öz peşəkarlığını artıracaqlar, fiziki cəhətdən sağlam olacaqlar.
Bizə həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam yeni nəsil lazımdır. Mən çox şadam ki idman bölmələrinə axın güclənir, uşaqlar, gənclər, yeniyetmələr idmanla məşğul olmaq üçün bölmələrə gəlirlər, məşğul olurlar, fiziki sağlamlıqlarını möhkəmləndirirlər. Eyni zamanda, uşaqların, yeniyetmələrin, gənclərin idmana cəlb olunmasını biz beynəlxalq yarışlarda əldə edilmiş uğurlarda da görürük. Xüsusilə yeniyetmələrin birinci Olimpiya Oyunlarında Azərbaycan gənclərinin əldə etdikləri uğurlar bizi hədsiz dərəcədə sevindirir. İlk dəfədir ki, beynəlxalq miqyasda yeniyetmələrin Olimpiya Oyunları keçirilmişdir. Azərbaycan milli komandası bu yarışlarda dünya miqyasında 11-ci yerə layiq görülmüşdür. Bu, böyük qələbədir. Bu, həm də onu göstərir ki, Azərbaycan sözün əsl mənasında idman dövlətidir. Onu da göstərir ki, burada idman prosesi çox düzgün təşkil edilib, gənclər, yeniyetmələr, uşaqlar idmanla məşğul olurlar və ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər.
Biz elə etməliyik ki, Azərbaycan gəncləri fiziki cəhətdən sağlam, mənəvi cəhətdən möhkəm, dövlətə, dövlətçiliyə sadiq olsunlar, vətənpərvərlik ruhunda tərbiyə alsınlar. Bildiyiniz kimi, Azərbaycanda çox güclü gənclər siyasəti aparılır. Bu yaxınlarda Azərbaycan gəncliyi Dövlət Proqramı qəbul ediləcəkdir. Bu proqramda gənclərlə bağlı bütün məsələlər öz əksini tapacaqdır. Gənclərin məşğulluğu, sağlam yaşaması, iş yerlərinin açılması, idmanla məşğul olması üçün orada xüsusi məsələlər öz həllini tapacaqdır. Gənc alimlərin fəaliyyəti üçün əlavə tədbirlər görüləcəkdir. Gənclər Fondu yaradılacaqdır. Bakıda və rayonlarda gənclər mərkəzləri tikiləcəkdir. Bütün bunlar proqramlarımızda var və biz elə etməliyik ki, Azərbaycanda idmanın inkişafı bundan sonra da sürətlə getsin. Eyni zamanda, gənclər siyasəti də Azərbaycanda yüksək səviyyədə aparılır və aparılmalıdır" Prezident bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan bu gün özünü beynəlxalq idman aləmində idman dövləti kimi göstərə bilib.

"Görəndə ki, idmançılarımız çempion olurlar, bayrağımız qaldırılır, dövlət himnimiz səslənir, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir. Bu, ölkəmizin qüdrətini göstərir.
Ölkəmiz müstəqil ölkə kimi gəncdir. Amma ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra olunur və layihələr reallaşır. O cümlədən, bölgələrin inkişafı ilə bağlı Dövlət Proqramının ikinci hissəsi icra edilir. Bu proqram bütün bölgələri əhatə edir. Hər bir rayon üzrə xüsusi tədbirlər planı var və bu planlar icra edilir. O cümlədən, İmişli rayonunun sosial-iqtisadi inkişafı proqramı icra edilir. Burada bütün istiqamətlər üzrə işlər gedir, sosial infrastruktur yaradılır. Gözəl olimpiya mərkəzi, məktəblər tikilir və təmir edilir. Rayon xəstəxanasının əsaslı təmiri başlanmışdır. Xəstəxana ən müasir avadanlıqla təchiz ediləcəkdir. Böyük qazlaşdırma proqramı reallaşacaqdır. Gələn ilin sonuna qədər İmişlinin bütün kəndləri qazlaşdırılmalıdır. Qarşıya belə vəzifə qoyulub. Əminəm ki, bu vəzifə icra ediləcəkdir. Meliorasiya, içməli su, kanalizasiya xətlərinin çəkilişi ilə bağlı müvafiq göstərişlər verilmişdir və onlar yaxın zamanlarda icra edilməyə başlanacaqdır.
Digər sosialyönümlü təşəbbüslər irəli sürülür. İş yerlərinin açılması ilə bağlı konkret və çox dəqiq proqram icra edilir. Bu gün mən İmişli rayonunda bir neçə yeni müəssisənin açılışında iştirak etmişəm. Mən yeni müəssisənin təməl daşının qoyulmasında iştirak etmişəm. Bir neçə il əvvəl burada böyük şəkər zavodunun tikintisi demək olar ki, Azərbaycanın qeyri-neft sektoruna qoyulan ən böyük sərmayələrindən biri idi. Böyük vəsait qoyulmuşdur və ən müasir tələblərə cavab verən zavod yaradılmışdır. İndi o zavodun ətrafında yeni zavodlar tikilir. İmişlidə yeni müasir emal sənayesi ilə bağlı təşəbbüslər irəli sürülür və həll olunur.
Bu zavodlarda minlərlə yeni iş yerləri açılmışdır. Gələcəkdə görüləcək tədbirlər nəticəsində bu zavodlar böyüyəcək, onların iş funksiyaları artacaq və beləliklə, yerli istehsalın artırılmasına nail olacağıq, idxaldan asılılığımızı azaldacağıq, yeni iş yerləri də açacağıq. Yəni, Azərbaycanda bu proses aparılır və son 7 il ərzində ölkədə 900 mindən artıq yeni yeri açılmışdır ki, onların tam əksəriyyəti daimi iş yerləridir. Ancaq biz yenə də işsizliklə bağlı olan bütün problemləri bilirik, onları həll edirik və edəcəyik.
Yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, sənaye potensialımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, regional inkişaf proqramının icrası - bütün bunlar bizim üçün əsas istiqamətlərdir və hər bir istiqamət üzrə konkret nəticələr vardır. Bu gün bu gözəl, möhtəşəm Olimpiya idman mərkəzinin açılışı özlüyündə Azərbaycanın güclü dövlət olduğunu göstərir. Biz iqtisadiyyatı inkişaf etdirməklə sosial proqramların həllinə də nail olmuşuq. Sosial problemlərin həlli və imkansız təbəqənin yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, əhalinin qaza, suya olan borcları silindi. Nə üçün? Ona görə ki, kimin ki, imkanı yoxdur, o borc yükünü onların çiyinlərindən götürək. Digər sosial proqramlar - ünvanlı sosial yardım icra edilir. İndi pensiyaların, minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflər verilmişdir. Biz yaxın zamanlarda bu təşəbbüslərin nəticələrini də görəcəyik.
Bir sözlə, Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Bu gün ölkəmiz öz resursları hesabına yaşayır və inkişaf edir. Bizdə olan inkişafın dünya miqyasında heç bir analoqu olmayıb. Çünki 7 il ərzində iqtisadiyyatımız 3 dəfə artıbdır, dünya təcrübəsində belə göstərici olmayıbdır. Yəni, inkişafımız dinamikdir, dayanıqlıdır və hərtərəflidir. Bununla bərabər, ölkədə hələ ki, problemlər vardır və bu problemlər öz həllini tapmaqdadır. Biz bütün istiqamətlər üzrə siyasətimizi davam etdirəcəyik. Ölkəmizin, regionların inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Elə etməliyik ki, Azərbaycanda yaşayan hər bir vətəndaş həm işlə təmin olunsun, həm də onun məvacibi tələblərinə uyğun olsun. Bizneslə məşğul olanlar üçün gözəl şərait yaradılır. Əgər belə olmasaydı, bu gün özəl sektor inkişaf etməzdi. Özəl sektorun inkişafı üçün konkret tədbirlər görülür. Bu gün mən aqroservis bazasının fəaliyyəti ilə tanış oldum. Bir neçə il bundan əvvəl "Aqrolizinq" dövlət şirkətinin yaradılması ilə biz demək olar ki, kənd təsərrüfatı texnikası ilə təminatı böyük dərəcədə yaxşılaşdıra bilmişik. İndi qıtlıq yoxdur. Yəni, biz hər bir sahə üzrə fəal işləməliyik, məqsədyönlü siyasət aparmalıyıq. Bütün cəmiyyət bu amal ətrafında birləşməlidir ki, müstəqilliyimizi daha da gücləndirək, iqtisadiyyatımızı möhkəmləndirək, insanların yaxşı yaşamasını təmin edək. Bizim siyasətimiz bundan ibarətdir. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
Bu gün isə açılan bu gözəl idman mərkəzi əminəm ki, imişlililərə yaxşı xidmət göstərəcəkdir. Mən hesab edirəm ki, bu kompleksdən nəinki idmançılar, eyni zamanda, rayon sakinləri də istifadə etməlidirlər. İdmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən hər bir vətəndaşa həmişə tövsiyə edirəm ki, idmanla məşğul olsunlar, öz sağlamlıqlarına diqqət göstərsinlər. Fiziki sağlamlıq hər bir insan üçün çox vacibdir.
Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, bütün imişlililərə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun" Prezident bildirib.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

"Cənub Qaz Dəhlizi" Rusiya qazına yeganə alternativdir - "The Economist"
"Cənub Qaz Dəhlizi" Rusiya qazına yeganə alternativdir - "The Economist"
Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşüb
Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşüb
QDTİB Azərbaycanı Paris iqlim sazişi çərçivəsində öhdəliklərinin icrasında dəstəkləməyə hazırdır (ÖZƏL)
QDTİB Azərbaycanı Paris iqlim sazişi çərçivəsində öhdəliklərinin icrasında dəstəkləməyə hazırdır (ÖZƏL)
Loading Bars
Xəbər lenti
"Facebook" şirkəti adını dəyişdirdi
SOCAR yeni İstiqrazlar buraxacaq
"Cənub Qaz Dəhlizi" Rusiya qazına yeganə alternativdir - "The Economist"
Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşüb
QDTİB Azərbaycanı Paris iqlim sazişi çərçivəsində öhdəliklərinin icrasında dəstəkləməyə hazırdır (ÖZƏL)
Bu il cəza çəkməkdən azad edilmiş neçə nəfərə sosial müavinət verilib? - AÇIQLAMA
NATO baş katibinin xüsusi nümayəndəsi Əfqanıstanda göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib
Azərbaycanda otellərdən ən çox bu ölkələrin vətəndaşları istifadə edib
Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim
Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği açıqlanıb
Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini dəyişməyib
Normadan artıq emal olunmuş qidaların orqanizmə təsiri
Qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?
Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib (FOTO)
Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb (FOTO)
Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub (FOTO)
AMEA-nın bir neçə institutuna baş direktorlar seçilib
Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib
Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb (FOTO)
Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab edir - Zaxarova
Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb - Ruslan Əliyev
Fəal yaşlanma layihəsi çərçivəsində "Qəlbi cavanlar düşərgəsi" təşkil olunub (FOTO)
Kiyevdə karantin rejimi sərtləşdirilir
“SOCAR” Rumıniyada 66-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib (FOTO)
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub (FOTO)
Abonentlərə verilən təbii qazın tərkibinə hava necə düşür? - Baş direktor AÇIQLADI
Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 420 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
Qaradağda şəhid məzarları, abidələri və barelyeflərinin ətrafının abadlaşdırılması aksiyası keçirilib (FOTO)
“Qadın sahibkarlara dəstək sosial missiyamızın vacib hissəsidir", - Evgeniya Qaşikulina, AccessBank (FOTO)
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - Baş direktor açıqladı
Ağdam ruhlar şəhərinə bənzəyir - Peter Erdeyi
Dövlət komitəsi İraqdan gətirilən azərbaycanlı uşaqlarla bağlı açıqlama yaydı
İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçildi
Üzdə plastik cərrahiyyə üsulları
Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq - PROQNOZ
"Barselona" müvəqqəti məşqçi təyin edib
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə beynəlxalq konfrans işə başlayıb (FOTO)
DİN bir qrup qazinin torpaq sahəsi ilə bağlı mübahisəsinə aydınlıq gətirdi
Avtobusun şüşələri adam sıxlığından sınıb? - BNA açıqladı
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi
Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib (VİDEO)
Şəhid adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanıldı (FOTO/VİDEO)
Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür - RƏSMİ
Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)
Bir il öncə Bərdəyə atılan raketlər erməni terrorunun növbəti nümunəsi idi - Deputat
Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır - Tamam Cəfərova
“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirib (FOTO)
Pedaqoji Universitetin qəhrəmanları (FOTO)
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb (FOTO)
Sahibkarlıq obyektlərində monitorinqlər keçirilir
Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək
Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparan telekanal cəzalandırılıb
Ermənistandan bəzi müsbət siqnallar alırıq - Hulusi Akar
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
İraqda hərbi bazaya hücum olub
Prokuror Neftçalanın sabiq icra başçısına 11 il cəza istədi
İranda daha 159 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik
Prezident İlham Əliyev: Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb
Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır
Azərbaycanda payızlıq əkin sahəsinin 81 faizi şumlanıb
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?
Bu şəxslərə 15 faiz sığorta ödənişi veriləcək
STAR neft emalı zavodu idxalı artırıb
Bu il Nar bayramı keçiriləcək? - AÇIQLAMA
Sabah hava yağışlı keçəcək
I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan
Rusiyada koronavirusa yoluxma və ölüm sayı rekord həddə çatıb
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı
Ermənistan prezidenti bu şərtlə istefa verməyə hazırdır
Bakıda küçədən qumbara tapıldı (FOTO/VİDEO)
Aşağı bal toplayanların seçim imkanı artacaq - Məleykə Abbaszadə
Dövlət Məşğulluq Agentliyində Sahibkar Qadınlar İB-nin nümayəndələri ilə görüş keçirilib (FOTO)
Bakının möhtəşəm Ağ Şəhər bulvarı (FOTOSESSİYA)
Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir - Çavuşoğlu
Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb
“Bu ürəyin sayəsində…” - Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)
Dövlət rüsumlarının məbləği dəyişdirilir
Ağdamda qazıntı zamanı iki şəxsin sümükləri aşkarlandı - RƏSMİ
Bərdədə erməni terrorunun qurbanları anılıb (FOTO)
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Nəsimi rayonunda ağacın dibi betondan təmizlənib
Bütün xəbərlər