...

BƏƏ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 13 May 2011 15:19 (UTC +04:00)
"Azərbaycan" Cəmiyyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və 28 May Respublika Günü münasibətilə tədbir keçirib.
BƏƏ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

"Azərbaycan" Cəmiyyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və 28 May Respublika Günü münasibətilə tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar və digər xalqların diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Cəmiyyət sədri Samir İmanov Şərqdə ilk hüquqi, demokratik və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının tarixi, nailiyyətləri, süqutu və bunun səbəbləri, 1991-ci ildən sonra Azərbaycanın müstəqilliyinin bərpa edilməsi haqqında danışıb.

O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanması naminə göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verib.

İmanov ulu öndərin həyat və fəaliyyətindən söz açıb, onun xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən ömür yolundan bəhs edib. Tədbirdə Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlobal miqyasda da dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması faktının ölkəmizin daha da sürətlə inkişafına mənfi təsir göstərdiyi, BMT Təhlükəsizlik Şurasının və İslam Konfransı Təşkilatının qətnamələrinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və daha 7 rayonunu işğal altında saxladığı təəssüf hissi ilə qeyd olunub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Azərbaycan deyəndə" filmi nümayiş etdirilib, iştirakçılara ümummilli lider Heydər Əliyev haqqında kitab, jurnal və DVD-disklər paylanılıb.

Tədbir keçirilən salonda ulu öndərin fəaliyyətini əks etdirən fotolövhə də sərgilənib.

Xəbər lenti

Xəbər lenti