Azərbaycan, Bakı, 16 may /Trend/
Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi (AAKM) Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qələbə qazanması münasibətilə Berlin küçələrinə çıxaraq bayram ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, AAKM-in icraçı direktoru Samira Patzer-İsmailova təşkilat adından qələbə münasibətilə Azərbaycan dövləti və xalqını, bütün dünya azərbaycanlılarını təbrik edib.
O, bu hadisəni Azərbaycanın Avropada müsbət imicinin formalaşmasına gözəl töhfə olduğunu bildirib.
Azərbaycanın Almaniyada qələbə qazanmasından sevindiklərini qeyd edən AAKM icraçı dırektoru Avropadakı azərbaycanlıların və türklərin də bu qələbənin əldə olunmasına töhfə verdiklərini söyləyib.