...

Azərbaycan ilə Qırğızıstan arasında dövlətlərarası əlaqələri aktivləşdirmək lazımdır - səfir

Siyasət Materials 1 İyun 2011 15:58 (UTC +04:00)
Əgər ölkədə ictimai-siyasi vəziyyət sabit olarsa, iqtisadi islahatların həyata keçirilməsi mümkündür.
Azərbaycan ilə Qırğızıstan arasında dövlətlərarası əlaqələri aktivləşdirmək lazımdır - səfir

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Əgər ölkədə ictimai-siyasi vəziyyət sabit olarsa, iqtisadi islahatların həyata keçirilməsi mümkündür. Trend-in məlumatına görə, bu barədə Joqonku Keneşin spikeri Ahmetbek Keldibekov iyunun 1-də Azərbaycanın səfiri Arif Ağayevlə görüşündə bildirib. Məlumatı CA-News yazır.

Onun sözlərinə görə, Joqonku Keneş və ölkə hökuməti Oş və Cəlalabad əyalətlərindəki ötənilki iyun hadisələrinin təkrarlanmaması üçün var gücünü yönəldib. "Faciəli hadisələrə gətirib çıxarmış 2010-cu ilin aprel-iyun aylarında respublikada baş verən vəziyyət və şəraitin araşdırılması və aşkarlanması üzrə müvəqqəti deputat komissiyası öz işini başa çatdırıb. Hesabatda bundan sonra hər iyirmi ildən bir bu hadisələrin təkrarlanmaması üçün bir sıra tövsiyələr verilib", - mətbuat xidməti A.Keldibekovun sözlərindən sitat gətirir.

Səfir Arif Ağayev Azərbaycanla Qırğızıstan arasında dövlətlərarası və parlamentlərarası münasibətləri aktivləşdirməyin zəruriliyi ilə bağlı razılığını bildirib.

Görüş başa çatdıqdan sonra tərəflər ölkələr arasında bütün sahələrdəki praktiki əməkdaşlığı fəal inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti