...

Prezident İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik məktubu göndərib

Siyasət Materials 11 İyun 2011 17:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Filippinin dövlət başçısı III Beniqno Akinonu bu ölkənin Milli bayramı- Müstəqilli Günü münasibətilə təbrik edib. Xəbəri Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik məktubu göndərib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Filippinin dövlət başçısı III Beniqno Akinonu bu ölkənin Milli bayramı- Müstəqilli Günü münasibətilə təbrik edib. Xəbəri Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

Məktubda deyilir:"Cənab Prezident, Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək".

Sonda İlham Əliyev filippinli həmkarına cansağlığı, işlərində uğurlar, Filippin xalqına əmin-amanlıq və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti