...

Azərbaycanın rəsmi şəxslərinin ABŞ-a dəvət olunması haqqında məsələ XİN rəhbərinin səfər gündəliyinə daxil olmayıb - Elxan Poluxov

Siyasət Materials 22 İyun 2011 17:04 (UTC +04:00)
Azərbaycanın rəsmi şəxslərinin ABŞ-a dəvət olunması haqqında məsələ müzakirə edilməyib və xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona bu yaxınlardakı səfərinin gündəliyinə daxil olmayıb.
Azərbaycanın rəsmi şəxslərinin ABŞ-a dəvət olunması haqqında məsələ XİN rəhbərinin səfər gündəliyinə daxil olmayıb - Elxan Poluxov

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın rəsmi şəxslərinin ABŞ-a dəvət olunması haqqında məsələ müzakirə edilməyib və xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona bu yaxınlardakı səfərinin gündəliyinə daxil olmayıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov çərşənbə günü məlumat verib.

"Bu məsələ ümumiyyətlə nazirin Vaşinqtondakı görüşlərinin gündəliyində yer almayıb", - Poluxov bildirib.

Bəzi erməni KİV-lərində Azərbaycanın xarici işlər nazirinin ABŞ-a səfəri zamanı Azərbaycanın rəsmi şəxslərinin ABŞ-a rəsmi səfər etmək üçün dəvət almaq istəklərini Vaşinqtonun diqqətinə çatdırması barədə məlumat dərc olunub.

Xəbər lenti

Xəbər lenti