...

Azərbaycan və Səudiyyə Ərəbistanı peşəkar diplomatların birgə hazırlanmasını müzakirə ediblər

Siyasət Materials 4 İyul 2011 16:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Səudiyyə Ərəbistanı Krallığının Diplomatik Akademiyasının rəhbəri, Abdulkərim al-Daxayeli qəbul edib.
Azərbaycan və Səudiyyə Ərəbistanı peşəkar diplomatların birgə hazırlanmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Səudiyyə Ərəbistanı Krallığının Diplomatik Tədqiqatlar İnstitutunun rəhbəri Abdulkərim əd-Dəxini qəbul edib. Trend-in məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

Azərbaycanda səfərdə olmasında məmnunluq duyduğunu qeyd edən qonaq, ölkənin böyük inkişaf potensiyalının əyani şahidi olduğunu söyləyib. Rəhbərlik etdiyi Diplomatik Tədqiqatlar İnstitutunun işindən məlumat verən Abdulkərim əd-Dəxi Azərbaycan XİN-in Diplomatik Akademiyası ilə sıx əlaqələrin yaradıldığını və bir sıra istiqamətlər üzrə birgə əməkdaşlıq planlarının mövcudluğunu vurğulayıb.

Görüşdə nazir Məmmədyarov ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əlaqələrin təhsil, xüsusən də peşəkar diplomatların hazırlanması sahəsində inkişaf etdirilməsi zəruriliyindən danışıb.

Sonra tərəflər Yaxın Şərqdə cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti