...

Azərbaycan nümayəndəsi Afrika İttifaqı Sammitində iştirak edib

Siyasət Materials 8 İyul 2011 16:24 (UTC +04:00)
Azərbaycan nümayəndəsi Afrika İttifaqı Sammitində iştirak edib. Bu barədə cümə günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan nümayəndəsi Afrika İttifaqı Sammitində iştirak edib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan nümayəndəsi Afrika İttifaqı Sammitində iştirak edib. Bu barədə cümə günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ekvatorial Qvineyada iyunun 26-dan iyulun 1-dək keçirilən sammitdə Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi statusunda səfir Şahin Abdullayev iştirak edib.

Sammit çərçivəsində Abdullayev Afrika İttifaqı Komissiyasının sədri Jan Pinq və Afrika İttifaqı qərargahının rəisi Con Kayodi Şinkayi və təşkilatın humanitar və insan resurslarının inkişafı departamentlərinin direktorları ilə görüşlər keçirərək, Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm-təhsil sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

Səfir Abdullayev Afrika İttifaqına üzv olan dövlətlərin nümayəndə heyətləri ilə çoxsaylı ikitərəfli görüşlər keçirib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Sammit çərçivəsində Azərbaycan Respublikasının Afrika İttifaqına üzv olan ölkələrə müraciəti yayılıb.

Xəbər lenti

Xəbər lenti