...

İlham Əliyev Qırmızı qəsəbənin sakinləri ilə görüşüb (FOTO)

Siyasət Materials 25 Sentyabr 2011 08:13 (UTC +04:00)
Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Qırmızı qəsəbənin sakinləri ilə görüşüb.
İlham Əliyev Qırmızı qəsəbənin sakinləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Qırmızı qəsəbənin sakinləri ilə görüşüb.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi:

- İşlər yaxşı gedir, bütün bölgələr inkişaf edir, eyni zamanda, Quba da. İndi Qubada yeni su layihəsi başlayır. Qəsəbədə də olacaqdır. Qubada da, başqa bölgələrdə də içməli su, kanalizasiya problemi vardır. Əminəm ki, yaxın zamanlarda, bir il, il yarım ərzində su problemi tamamilə aradan qaldırılacaqdır. Kanalizasiyaya gəldikdə, bu, ümumiyyətlə heç vaxt olmamışdır. Ona görə indi tam, yeni, müasir səviyyədə olmalıdır. Quba da gözəlləşir, yaxşı binalar tikilir. Qəsəbədə də işlər yaxşıdır. Qubada gözəl, möhtəşəm Heydər Əliyev Mərkəzi tikilibdir. İndi Qubanın küçələri də abadlaşır, kənd yolları da.

Sakin: Ümumiyyətlə, Azərbaycanda bütün yerlərdə olduğu kimi, Qubada da çox iş görülür.

Prezident İlham Əliyev: Mənə dünən dedilər ki, bizim açdığımız Diaqnostika Mərkəzi indi tam gücü ilə işləyir. Camaat da gedir, orada müalicə olunur.

Sakin: Nə edilirsə, gələcək nəzərə alınaraq edilir.

Prezident İlham Əliyev: Əlbəttə, biz planlaşdırırıq. İndi Qubanın su-kanalizasiya təchizatını biz əhalinin artımını nəzərə almaq şərti ilə 2035-ci ilə qədər hesablamışıq. Əlbəttə, inkişaf gedir. "Şahdağ", "Xaçmaz" elektrik stansiyalarını tikdik. İndi bu bölgədə işıq problemi yoxdur. Burada, qəsəbədə qaz təchizatı necədir?

Sakin: Qaz yəqin ki, olacaqdır. Çünki təzə xətlər çəkilir.

Prezident İlham Əliyev: Başlayıblar?

Sakin: Bəli başlayıblar, iş gedir.

Prezident İlham Əliyev: Tamamilə qazlaşdırma olmalıdır.

Sakin: Bu iş ətraf kəndlərdə də aparılır.

Prezident İlham Əliyev: Ətraf kəndlərdə də borular yeni üsulla çəkilir. Bu, müasir yanaşmadır. Dünən qubalılar məsələ qaldırdılar ki, o köhnə körpünü də bərpa edək.

Sakin: Bu, çox vacibdir. Biz ona "Dostluq" körpüsü deyirik. Çünki Quba ilə qəsəbəsini birləşdirən bu körpünün 150 illik tarixi vardır.

Prezident İlham Əliyev: Qədim körpüdür. İndi mənə deyirlər ki, ancaq piyadalar keçə bilər. Mən dünən nəqliyyat nazirinə göstəriş verdim ki, onu gözəl tiksinlər. Bir körpü var sizdə?

Sakin: Tarixi abidə kimi yenidən qurulacaq?

Prezident İlham Əliyev: Bəli, yenidən qurulacaq, həm tarixi abidə kimi, həm də maşınlar da keçə bilsin. Tapşırıq vermişəm. Onu da edəcəyik.

Sakinlər: Çox sağ olun. Allah razı olsun. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Xəbər lenti

Xəbər lenti