...

Misir demokratiyanın qurulması üçün uzun yol qət etməlidir - prezidentliyə namizəd

Siyasət Materials 27 Sentyabr 2011 13:53 (UTC +04:00)
Misir demokratiyanın qurulması üçün uzun yol qət etməlidir. Bu barədə çərşənbə axşamı ölkə prezidentliyinə namizəd Məhəmməd əl-Baradeyi bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Əl-Cəzirə" telekanalı yayıb.
Misir demokratiyanın qurulması üçün uzun yol qət etməlidir - prezidentliyə namizəd

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misir demokratiyanın qurulması üçün uzun yol qət etməlidir. Bu barədə çərşənbə axşamı ölkə prezidentliyinə namizəd Məhəmməd əl-Baradeyi bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Əl-Cəzirə" telekanalı yayıb.

Əl-Baradeyi müvəqqəti hökuməti və Misirin Silahlı Qüvvələr Şurasını ölkədə sabitliyə nail ola bilməməkdə günahlandırıb.

Onun fikrincə, inqilabdan sonra Misirdə demokratiyanın inkişafını sürətləndirə biləcək ciddi dəyişikliklər baş verməyib.

Fevralın 11-də xalq həyəcanları nəticəsində prezident Hüsnü Mübarəkin istefaya getməsindən sonra Misir parlamentsiz və qanuni seçilmiş icra hakimiyyəti olmadan yaşayır. Misirin eks-prezidenti hakimiyyəti hərbiçilərə verdikdən sonra onlar Konstitusiyanın fəaliyyətini dayandırıb və parlamentin hər iki palatasını buraxıblar. Hərbiçilər seçkilərin keçiriləcəyini və hakimiyyəti legitim mülki rəhbərliyə verəcəklərini vəd ediblər.

Mart referendumunun gedişində misirlilər böyük səs çoxluğu ilə əvvəlcə parlamentə seçkilərin keçirilməsini nəzərdə tutan mülki rəhbərliyin yaradılması qrafikini dəstəkləyiblər. Parlament yeni Misir Konstitusiyasının işlənməsi, daha sonra prezident seçkilərinin keçirilməsi ilə məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti