Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanda noyabr ayının 1-dən 30-dək Latviya aylığı keçiriləcək. Aylıq çərçivəsində bu ölkənin iqtisadiyyat və mədəniyyət sahəsində əldə etiyi nailiyyətlər tədqim olunacaq. Bu barədə bazar ertəsi Trend-ə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis bildirib.
"Bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub, o cümlədən, aylıq çərçivəsində Bakı mağazalarında Latviya məhsullarının satışı təşkil ediləcək, bəzi restoranlarda isə latışların milli yeməkləri təklif olunacaq", - səfir deyib.
Bundan əlavə, Bakıda Latviyaya həsr olunmuş rəssamların əsərlərindən ibarət sərgi və fotosərgilər keçiriləcək.
Baumanis deyib ki, Azərbaycanda Latviya aylığı məhşur latviyalı pop-ulduzun qala-konserti ilə yekunlaşacaq.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-iyul aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 19,4 milyon dollar təşkil edib.